Azərbaycanda çay mədəniyyəti
Çayın sağlamlığa xeyri
Çay və gözəllik
Çayın tarixi
Öz tarixi təkamülündə müxtəlif dəyişikliklərə məruz qalan çay içkisi qədim Çində tez həlledilən formada istifadədən tutmuş dövrümüzdə kofeinsizləşdirilmiş , soyuq çay, hətta üzvi çay ( ekoloji cəhətdən təmiz ərazilərdə becərilən bitki ibtidai dövrlərdə oldugu kimi emal edilir) formalarına qədər inkişaf etmişdir. Çayın tarixində daha maraqlı rəqəm 1908 - ci ildə geniş yayılmış paket ( birdəfəlik) çayların ABS -da istehsalıdır .
Çay agacının vətəni Çin hesab edilir. Məhz çinlilər yarpaqdan hazırlanmış həlimin insan orqanizmi üçün tonlaşdırıcı təsirinə diqqət yetirmiş və bu bitkinin becərilməsinə başlamışlar. Çayla baglı ilk xatirələrə təxminən 5000 il bundan əvvəl Çin əlyazmalarında rast gəlinir. VIII əsrdə məşhur Çay haqqında traktatı yaradılmışdır. Traktatın müəllifi Lu Yuy hesab edir ki, çay yarpagının xüsusiyyətlərini ilk dəfə lazımınca qiymətləndirən Çinlilərin əcdadı Sen Nun olmuşdur. O, bir çox bitkiləri öyrənmiş, çoxlu zəhər qəbul etmiş, çaydan isə zəhər əleyhinə vasitə kimi istifadə etmişdir. Onun istifadə etdiyi acı cövhəri yaşıl çay adlandırdılar. Qədimdə çinlilər onu 72 zəhərə qarşı dərman hesab edir və yalnız xəstələrin müalicəsi üçün istifadə edirdilər. Daha sonra çay yarpagını dini mərasimlərdə istifadə etməyə başladılar. Buddizmin çiçəklənmə dövründə çay sadə insanlar arasında məşhurlaşdı. Onu buddist rahibləri öz şagirdləri ilə söhbət əsnasında süfrəyə ənənəvi şərabla birlikdə verməklə yaymışdırlar. Müdriklər Daonun bütöv bir çay fəlsəfəsini yaratdılar. Daoslar inanırdılar ki, çay dəmi insanın iç dünyasına daxil olmaga, yerlə göy, zaman və məkan arasında qarşılıqlı əlaqədə bəşəriyyətin yerini öyrənməyə kömək edir. içki bütün Çində sevilməyə başladı.
Eramızın III - IV əsrlərində çay agaclarını plantasiyalarda becərməyə başladılar. Sonralar yarpaqları rahat yıgmaq üçün seleksiya prosesi nəticəsində iri agaclardan kolluqlar yaratdılar.
Çin qanunları VIII əsrdə çayın dəmlənməsinə qəti tələblər qoydular. Bununla baglı olaraq çayın dəmlənməsi üçün içərisi şirli olan ag çini qab kəşf etdilər. Bu fincanda içkinin rəngini yaxşı görmək, dadın və ətrin cövhərin rəngindən asılılıgını asanlıqla seçmək olar. Çinlilər istehsal zamanı çay yarpagının rənginin dəyişməsinə diqqət yetirməyə başladılar. XVIII əsrdə çayın yüzdən çox növü məlum idi və o Çində ən məşhur içkiyə çevrildi. Dövrümüzdə çay qonaqlıgı zamanı çinlilər qonaqlara deyirlər: " Əsl çayı dadmaqla siz həyatın ləzzətini dadmış olursunuz" .
Azərbaycanda çay mədəniyyəti
Çay bitkisi ilk dəfə 1912-ci ildə Azərbaycanın Lənkəran bölgəsinə gətirilərək orada əkilib və ilk dəfə olaraq çay zavodu 1937-ci ildə Lənkəranda tikilib. Bundan sonra Azərbaycanda çayın kütləvi şəkildə istehsalına başlanılıb.
Çay xalqımızın əsrlərdən bəri istifadə etdiyi, gündəlik tələbat duyduğu zəruri içki növüdür.
Saraylardakı rəsmi qəbullardan tutmus elçilik mərasimlərinədək milli mentalitetimizin möhürlü embleminə çevrilmis Azərbaycan çayı zərif ətri və xos rəngi ilə bütün dünyada tanınmısdır.
Çayın sağlamlığa xeyri
Çin əfsanəsinə görə nəsillərdən - nəsillərə keçən çay müalicəvi xüsusiyyətlərə malikdir:
- Çay baş ağrısını aradan qaldırır.
- Çay oyadır və alkoqol asılılığından azad olmağa kömək edir.
- Çay qidalandırıcı ərzaq hesab edilir, aclığı aradan qaldırır ( xüsusilə də müxtəlif ətirli və müalicəvi əlavəyə malikdirsə )
- Çay istilər zamanı əhvalı yüngülləşdirir.
- Çay təravətləndirir və gümrahlaşdırır.
- Çay sakitləşdirir, stressi aradan qaldırır, əsəbləri sakitləşdirir.
- Yağlı qidanın həzmini asanlaşdırır.
- Orqanizmdən zəhəri, toksinləri və şlakı xaric edir.
- Çay ömrü uzadır.
- Çay intellekti artırır, şüuru formalaşdırır.
- Çayda dişlər üçün faydalı olan flüor mövcuddur. Yaşıl çay dişlərdə kariyes yaradan bakteriyaları öldürmək iqtidarındadır. Miqren tutulmaları zamanı qara çay içmək lazımdır ki, baş ağrısı sakitləşsin.
Çay kompressi çox faydalıdır. Bu cür kompresləri zədələnmə və əzilmə zamanı qoyduqda ağrı tezliklə sakitləşir. Belə ki, yaşıl çayı 15 - 20 dəqiqə dəmləyib, alınan məhlulu tənzifin içərisində ağrıyan yerə qoyub, polietilenlə üzərini örtdükdə bir neçə dəqiqədən sonra ağrı sakitləşir. Lakin Hindistan həkimlərinin fikrinə görə çay gözün korlaşmasına qarşı yaxşı profilaktik tədbir rolunu oynayır. Həm qara, həm də yaşıl çay kataraktanın inkişafının qarşısını alır, amma qara çayın təsiri daha çoxdur.
Menopauza dövründə qadınlara çoxlu çay içmək məsləhət görülür, belə ki, çay bu dövrdə sümüklərin sınması ilə nəticələnən osteoporoza adlanan xəstəliyin qarşısını alır. Çay xərçəng xəstəliklərinin yaranmasının qarşısını alır. Yaşıl çay tənəffüs, əsəb və ürək- damar sistemlərinin işini yaxşılaşdırır.
Çayın tərkibi və xüsusiyyətləri:V. V. Poxlebkinin fikrinə görə, çayın saxlanma dərəcəsi bağlamanın germetiklik və mikrobsuzluğu ilə proporsional olmalıdır. Pis bağlanmış bağlamada faydalı xüsusiyyətlərini və ilkin keyfiyyətini tezliklə itirir. Çayın dad keyfiyyətinin uzun müddət saxlanması üçün havanın daxil olmasına mane olan ağzı kip bağlanmış çini qabda saxlanmalıdır. istifadə zamanı qabı təmiz yuyub qurulamaq lazımdır.
Çayın xüsusiyyətinə həmçinin onun saxlandığı yer də təsir edir. Uzun müddət qalması üçün çayı quru, sərin və havası təmizlənmiş yerdə saxlamaq lazımdır. Dəmlənmiş çayı digər məhsullarla birlikdə saxlamaq doğru deyil. Saxlanma şərtlərinə riayət etdikdə, çay illərlə daha möhkəm, içki isə dadlı və ətirli olur.
Səmərəli istifadə üçün müxtəlif çay növlərinin xüsusiyyətlərini bilmək lazımdır. riyarpaqlı çay daha tez işlənir, bir kiloqram çaydan 300 fincan çay dəmləmək olur. Bu ən qənaətsiz çaydır, belə ki, bir fincan çay dəmləmək üçün bir qaşıq quru çay tələb olunur.
Əgər qutunun üzərində yarpağın ölçüsü göstərilməyibsə, bu orta yarpaqlı çaydır. Bu növdən olan çayın bir kiloqramından 500 fincan çay dəmləmək mümkündür. Kiçik dənəli çay tez dəmlənir, şəffaf rəng verir, qənaətli istifadə edilir, lakin kiçik bir səhv acı bir içkinin alınmasına səbəb olur.
Çay və gözəllik
Susuzluğu yatırmaq və sağlamlıq üçün faydasından əlavə çay qədimdən gözəlliyin qorunması üçün də istifadə edilib. Yaşıl çay antioksidləşdiricilərin mənbəyidir. Məhz buna görə yaşıl çay günəş əleyhinə olan kremlərin, sellülit, yaşlanma əleyhinə olan vasitələrin, üz üçün xüsusi tonlaşdırıcıların və şampunların tərkibində istifadə edilir. Yaponiyalılar yüzilliklər boyu müxtəlif sortlu çay dəmləyərək dərinin müxtəlif hissələrinə və saçlara qulluq məqsədilə istifadə edirdilər.
Çaydan hazırlanmış kompress göz ətrafında olan şişləri aradan qaldırır, dərinin rəngini daha sağlam edir.
Yaşıl çayın daha vacib bir funksiyası da arıqlamağa kömək etməsidir. Yaşıl çay orqanizmə düşən kimi metabolizm prosesini tezləşdirir, daha doğrusu maddələr mübadiləsini tənzimləyir. Gün ərzində 2-3 fincan yaşıl çayın qəbul edilməsi tədricən 100 kkal arıqlamağa kömək edəcək. il ərzində siz əlavə əziyyət çəkmədən və pəhriz saxlamadan 4 kiloqram arıqlayacaqsınız.
Nə üçün arıqlama baş verir? Məsələ bundadır ki, yaşıl çay yağ və yağ turşularının sorulması və qlükozanın səviyyəsini tənzimləyir . Polifenol katexin qlükozanın yağlara keçməsini yubadır. Yaşıl çay istifadə etməklə, qidalanmadan sonra qanda şəkərin səviyyəsi yavaşıyır, qlükozanın səviyyəsi isə normallaşır. Şəkərli diabet, və ya daxili ifrazat vəzilərinin xəstəliyindən əziyyət çəkən insanlar üçün gündəlik yaşıl çayın içilməsi vacibdir.
Yaşıl çay qəhvədən heç də az gümrahlıq gətirmir, buna baxmayaraq tərkibində kofeinin miqdarı əhəmiyyətli dərəcədə aşağıdır.
